Gündəm / Cəmiyyət / Hadisə

Yasamalda avtomobildən oğurluq edilib

Yasamalda avtomobildən oğurluq edilib

"DogruXeber.az" bu gün Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Yeni Yasamal - 2, bina 10 ünvanında yaşayan Əsgərov Ulduz Talıb oğluna məxsus "10SJ 221" dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobilin akkumulyatoru oğurlanıb.

Ulduz Əsgərovun "DogruXeber.az"a bildirdiyinə görə, o səhər saatlarında işə getmək istərkən, şəxsi avtomobilinin qapıları pult vasitəsilə açılmayıb.
Səbəbini bilmək üçün açarlar vasitəsilə "kapot"u açıb baxdıqda, akkumulyatorun yerində olmadığını görüb və dərhal Daxili İşlər Nazirliyinin "102" qaynar xətt xidmətinə məlumat verib.

Təqribən bir saat sonra 29-cu polis bölməsinin əməkdaşları Ulduz Əsgərov ilə telefon əlaqəsi saxlayıb, gərəkli məlumatları öyrəniblər.

Hətta, Ulduz Əsgərov bildirir ki, onunla telefon əlaqəsi saxlayan polis əməkdaşı bu gün bir neçə avtomobildən oğurluq edildiyini bildirib.

Qeyd edək ki, bu hadisə artıq, Ulduz Əsgərova qarşı baş vermiş ikinci oğurluq hadisəsidir.

Ötən il də gündüz saatlarında onun avtomobilinin akkumulyatoru oğurlanmış, oğurlayan şəxsin kimliyi isə bugünə qədər aşkar edilməmişdir.

Hadisə ilə bağlı 29-cu polis bölməsində araşdırma aparılır.