Gündəm / Cəmiyyət / Sosial

Oğruların tapılmamasında maraq nədir? İlginç məlumatlar

Oğruların tapılmamasında maraq nədir? İlginç məlumatlar
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
Hər bir dövlətdə daxili sabitliyi qorumaq polis orqanının vəzifəsidir. Bu peşənin həm şərəfli, həm də məsuliyyətli olması hər kəsə məlumdur. Amma nədənsə bu peşədə çalışan bəzi məmurlar haqqında DogruXeber.az informasiya agentliyinin redaksiyasına bir çox xoşa gəlməz məlumatlar daxil olmuşdur. Ötən buraxılışlarımızın birində Yasamal rayon Yeni Yasamal2 ərazisində avtomobillərdən oğurluq olunması barədə məlumat vermişdik. Belə ki, sözü gedən ərazidə yaşayan Əsgərov Ulduz Talıb oğluna məxsus "Vaz 2107 10 SJ 221 dövlət nömrə nişanlı avtomobildə akkumulyator oğurlanmışdır. Vətəndaşın bildirdiyinə görə Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə dəfələrlə məlumat vermişəm, amma təəssüflər olsun ki, hadisədən 2ay ötməsinə baxmayaraq, heç bir qanuni tədbir görülməyib. Zərər çəkmiş şəxs bildirir ki,hadisənin araşdırılmasına baxan Yasamal rayon 29-cu polis bölməsinin tədqiqatçısı Toğrul müəllim oğruların tapılmasında işə soyuq münasibət göstərir. Hətta müraciətdə onu da əlavə edir ki, tədqiqatçı Toğrul müəllimə zəng vurub, məsələ haqqında məlumat almaq istədikdə ona aqressif cavab verərək: "Elə narahatsansa, gəl bizimlə oğruları axtaraq” deyə cavablandırır. Sözü gedən məsələdə maraqlı tərəf budur ki, günün günorta çağı Yeni Yasamal2 bina 10-un həyətində oğurluq olmuş avtomobilin bir neçə metrlik məsafəsində müşahidə kamerası mövcuddur. Belə olduğu təqdirdə cinayətkarın yaxalanmaması nəyin göstəricisidir? Düşünürük ki, aidiyyatı qurumlar bundan sonra sözü gedən məsələni ciddiyətə alıb, cinayətkarları tez bir zamanda məsuliyyətə cəlb edərlər. Beləliklə zərər çəkmiş şəxsə dəyilmiş ziyan ödənilmiş olar.
Məsələ diqqətimizdədir...! 
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq..