Gündəm / Cəmiyyət

Cənab deputat... şirkətiniz NARAZILIQ QAYNAĞIDIR... - "Allah bəlanızı versin..."

Cənab deputat... şirkətiniz NARAZILIQ QAYNAĞIDIR... -

""Kontakt Home"... Oradan aldığım paltar yuyanda nasazlıq yaranmışdı. Zəmanət vaxtı bitdiyi üçün qərara gəldim ki servislərindən ödənişli usta sifariş edim.
Nə qələt elədim..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında İsmayılova İnara adlı istifadəçi giley edir.

Cənab deputat... şirkətiniz NARAZILIQ QAYNAĞIDIR... -


Daha sonra narazı vətəndaş yazır: "Təsəvvür edin ki, "online" çatlarına 3 dəfə müraciət etmişəm, müraciətim havada qalıb. 3 fərqli vaxtda etdiyim müraciətdə heç kəs əhəmiyyət qoyub sistemə belə qeyd etməyib müştərini. İşçinin 1-i olsa cəhənnəm, işcinin 3-üdə işini düzgün qaydada görə bilməsin?
Qərara gəldim ki daha müraciət etməyim bu şirkətə.
Güya müraciət etsəm nə olacaq...
Amma çox və çoox, 100 dəfə çox təəssüfki, ailə üzvlərim mənim xəbərim olmadan zəng edib paltaryuyanı göndəriblər bu gözəl şirkətə.
İşciləri bildiriblər ki 14 gün ərzində diaqnostika olunub nasazlıq nədə olduğu barədə məlumat verəcəklər.
Hələ sadəcə diaqnostika 14 gün olur. Bunun təmiridə var hələ.
28 gündür ki paltar yuyan barədə heç bir xəbər gəlmir. Hazırda belə gözəl servislərindən imtina edib paltaryuyanımı geri istəmək qərarına gəldim, onuda sabah birigün deyib göndərmirlər.
Dolabda təmiz paltar tükənib.
Allah bəlanızı versin...
Ödənişli servisləri bu gündədirsə, ödənişsizləri təsəvvürümə belə gətirmək istəmirəm.
Bir şirkət bu qədər öz işini bərbad görər?
Hara şikayət edə bilərəm?"

Qeyd edək ki, vətəndaşı çilədən çıxaran şirkət deputat Elnur Allahverdiyevə məxsusdur.

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...