Gündəm / Cəmiyyət / Sosial

Müştərisi `AzərTürkBank`dan GİLEY EDİR - "...gecə 3-də bank işləyir?"

Müştərisi `AzərTürkBank`dan GİLEY EDİR -

Kanal14.az: - "Şikayətim "AzərTürkBank"dandır. Aylıq ödənişdən əlavə ödənişlər edirəm ki kredit tez bitsin, az faiz ödəyim. Hamısı qalır cari hesabda,ödəniş günü ancaq aylıq ödəniş silinir. Ən azı 5 dəfə məlumat verməyimə baxmayaraq,heç bir tədbir görülmür". Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elçin Məmmədov adlı istifadəçi giley edir.

Müştərisi `AzərTürkBank`dan GİLEY EDİR -

Daha sonra narazı vətəndaş yazır: "945-ə zəng eləmək üzrə bəlkə saysalar, "Ginnes"ə düşmüşəm. Hər dəfə də eyni cavab, sorğunuz yönləndirildi,sizinlə əlaqə saxlayacaqlar.
1 dəfə dedilər, sizin hesabınızı eyniləşdirə bilmirik, nömrə verdilər dedilər ki,şəx vəsiqənizi üzünüzə tutun selfi edib atın,eyniləşdirək. 1ci dəfədir görürəm ki,bankda şəkillə eyniləşdirmə aparılır. Daha sonra gecə saat 3 tamamda mənə kod göndəriblər və vatsapda yazıblar ki, bu kodu bizə təqdim edin. Səhər durmuşam, görürəm belə sms gəlib, əlbəttə ki, təqdim etmədim,həmin nömrəyə yazmışam ki, gecə 3-də bank işləyir?,2 saat sonra yazıblar ki, online olanda bizimlə əlaqə saxlayın. Həmin günü nə qədər yazsam da,iş vaxtı qəbula düşə bilmədim. İndi, bax bir şey ki,bunu bank belə edirsə (onların mənə təqdim etdiyi nömrədən sms gəlmişdi), hər hansı dələduz bu cür hərəkət edəndə müştəri nə bilsin?! Təbii ki,aldanılacaq. Nəticə: Vəsait,hələ də,hesabımda qalįb və mənə əlavə faizlər hesablanır. Mən zəng etməkdən yoruldum, "AzərTürkbank" istədiyinə nail oldu".//dia.az

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...