Sosial

"Səbəb olmadan aylardır məni süründürürlər" - GİLEY

"Səbəb olmadan aylardır məni süründürürlər" - GİLEY
 
 
 

 
 
 
 
Astara şəhər sakini Həsənov Rəşad Əlövsət oğlu DİA.AZ-a növbəti müraciətini yollayıb. Narazı vətəndaşın yazdıqlarını olduğu kimi təqdim edirik:

"Salam hörmətli Dia.az saytı. Artıq 3-cü dəfədir ki, sizin saytınız vasitəsilə Ləğv prosesində olan "Dəmibank"ASC, Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komssiyası barədə sizə müraciət edirəm.Həyatımda dərin iz buraxmış yuxarıda qeyd etdiyim cəmiyyət, fond və komissiya barədə şikayət etmədiyim dövlət orqanı qalmadı. Amma nə faydası var ki, bunlar yenədə öz bildiklərini edir. Əvvəllər jurnalist araşdırması deyilən bir təşəbbüs var idi. İndi çox təəssüflər olsun ki, bütün bunlar keçmişdə qalıb.Amma inanıram ki,daim vətəndaşın yanında olan Dia.az saytında belə jurnalistlər hələ də var. Şikayət etdiyimə görə ləğv olunan "Dəmirbank"ASC-ni himayə edən qüvvələr məni öz "qanunları ilə cəzalandırmaqda davam edir. Heç bir səbəb olmadan aylardır ki, məni süründürürlər. Mən 02.07.2014-cü il tarixində 410003015 saylı müqavilə ilə 0,78 AZN məzənnə ilə "Dəmirbank" ASC-nin Bərdə Filalından 8945 (səkkiz min doqquz yüz qırx beş) ABŞ dolları kredit borcu almışam. Sonradan devalyasiya baş verdi. Mən Kapitalbankdan manatla kredit götürdüm və 2015-ci ilin avqust ayında kreditimi tam şəkildə bağladım. Kreditimin 7613 (yeddi min altı yüz on üç) dollarını devalyasiyadan sonra 1.05 məzənnə ilə qaytarmışam. Lakin mənə heç bir səbəb olmadan kompensasiya vermədilər. Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmannın 1.1 bəndi (2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi) mənə şamil olunduğu halda niyə mən bu imtiyazdan məhrum edilmişəm. Mən "Dəmirbank”a artıq ödədiyim məbləği səngərdə xidmət edərək aldığım maaşla ödəmişəm.Lakin mən kredit götürərkən adımı MKR (mərkəzi kredit reysterinə)salınmayıb və bu səbəbdən də kompensasiya ala bilmirəm.İndi Apellyasiya Komssiyanın üzvləri olan cənablara sual vermək istəyirəm adım MKR (mərkəzi kredit reysterinə)salınmayıbsa mənəm günahkar?15 aprel 2019-cu il tarixdənbu günədək əgər bu məsələ öz həllini tapa bilməyib. Nə zənglərimə vcavab verirlər nədəki yazılı müraciətimə.
15 aprel 2019-cu il tarixdə də bütün sənədləri Maliyyə Bazarlarına Palatasında fəaliyyət göstərən Apellyasiya Komissiyasına 301,311,2130,1267,6246, 9847,9873 və 9876 saylı müraciətlərlə göndərmişəm. Lakin şikayətimə baxılmadan, məni süründürmək üçün 03.06.2019-cu il tarixdə heç bir əsas olmadan daha 30 iş günü şikayətimə baxılma müddətimi uzatdılar. 08.07.2019-cu il tarixdə isə qanuna zidd olaraq daha 30 iş günü müraciətimə baxılmanın müddətini uzatdılar.Mənə göndərilən bildirişdə "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) uyğun baxıldığı bildirilir. Amma həmin Qanunun 10.2-ci maddəsində yalnız bir dəfə şikayətin baxılması müddəti 30 (otuz) iş günü uzadıla bilər. Görünür Apellyasiya Komissiyasının öz qanunları var. Ümidim yalnız Sizədir.

Xahiş edirəm mənə köməklik göstərəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...