"Kanal14.az"ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, bununla da Ağdam Sənaye Parkında rezidentlərin sayı 11-ə çatıb.

"Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq", - M.Cabbarov yazıb.