İnsan hüquqları üzrə müvəkkil (ombudsman) 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.

"Kanal14.az” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi müzakirəyə çıxarılıb.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Qeyd edək ki, müvəkkilin aylıq əmək haqqı 3060 manatdır.