Gündəm / Siyasət / Dünya

"Dünən Azərbaycandan reaksiya gələnə qədər azərbaycanlılar Paşinyanı SUSDURDU" — Erməni mediası


 
Paşinyan Tvitterdə Azərbaycanın reaksiyasını gözlədiyi zaman azərbaycanlılar ona cavab verib.
Kanal14.az
 xəbər verir ki, bu barədə erməni mediası yazıb. Media bildirir ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan yazdığı müraciətə Azərbaycandan rəsmi reaksiya gözləyərkən, azərbaycanlılar elə Twitter-də ona yetərincə cavab yazıblar.
Xatırladaq ki, oktyabrın 17-də Nikol Paşinyan Twitter mikrobloqunda yazıb:
"Ermənistan hökumətinin Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı qərar layihəsi artıq bir neçə aydır ki, rəsmən dövriyyəyə buraxılıb. Ermənistan hökuməti Azərbaycandan müsbət reaksiya gözləyir”.
Bu platformada Paşinyana ən aktiv şəkildə azərbaycanlı və türk istifadəçiləri cavab verib. Onların yazdıqlarından bir neçəsi erməni mediasında dərc olunub.
"Qafan, Vardenis (Basarkeçər) və İcevan? Bu üç rayon sual altındadır?” – deyə azərbaycanlı istifadəçilərdən biri soruşub.

"Sərbəst hərəkət. Bu, həm gömrük, həm də keçid məntəqələrinin olmaması deməkdir. Deməli, ya bunu təmin edirsən, ya da digərini verirsən”, – başqa istifadəçi yazıb.

Daha bir istifadəçi isə tezliklə sülh müqaviləsini imzalamağı məsləhət görüb.

"Mən bir azərbaycanlı olaraq bu addımı dəstəkləyirəm. Hər iki xalq müharibədən yorulub, bizə sülh lazımdır”, – deyə istifadəçi qeyd edib. (konkret.az)