Gündəm / Hadisə

Azərbaycanda iş adamı havaya atəş açdı, axtarışa verildi - VİDEO

Azərbaycanda iş adamı havaya atəş açdı, axtarışa verildi - VİDEO
Gədəbəydə silahla havaya atəş açan şəxsin kimliyi müəyyən edilib.

Bu barədə "DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib: "Müəyyən tədbirlər nəticəsində, videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması və hazırda ölkə xaricində olması müəyyən edilib. Həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir”.