"Kanal14.az" "Reuters"a istinadən  xəbər verir ki, bu, Rusiya prezidenti Vladimir Putinin İkinci Dünya Müharibəsindən sonra Rusiyada ilk dəfə olaraq, qismən səfərbərliyə başlanması əmrindən sonra baş verib. 


Aİ-nin xarici siyasət üzrə komissarı Cozef Borrellin sözlərinə görə, Putinin Ukrayna ərazilərinin ilhaqı və nüvə silahından istifadə ilə hədələnməsini ehtiva edən açıqlaması çaxnaşma və çarəsizlik nümayiş etdirir.

"Aydındır ki, Putin Ukraynanı məhv etməyə çalışır”, - Borrell deyib.

Qeyd olunur ki, nazirlər səkkizinci sanksiyalar paketini hazırlamaq üçün öz komandalarına göstəriş verməyə razılaşıblar.