"Kanal14.az" xəbər verir ki, bunu ukraynalı erməni politoloq Marat Akopyan deyib. 

Siyasətçi Nikol Paşinyanın dünən Ermənistan Parlamentində silah almalarına mane olan qüvvələrlə bağlı məsələyə də toxunaraq bildirib ki, Ermənistan Rusiya Federasiyasının müttəfiqi olduğu müddətcə silah məsələsi problemli olacaq: "Yeni müdafiə strukturunun yaradılması üçün İrəvan KTMT-dən çıxmalı və Rusiya Federasiyası ilə Ermənistan silahlı qüvvələrinin inkişafına mane olan sazişləri dayandırmalıdır. Obrazlı desək, başa düşmək lazımdır ki, Rusiya batan Titanikdir, batan gəmidən sürətlə üzmək lazımdır, əks halda o, hər kəsi özü ilə birlikdə məhvə sürükləyər".