Düşmən təxribatı nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin baş giziri Azər Məmmədov dəfn olunub.

"Kanal14.az" xəbər verir ki, 1993-cü il təvəllüdlü Azər Məmmədov doğulduğu Qazax rayon Kəmərli kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Azər Məmmədov 20 gün əvvəl ailə həyatı qurmuşdu.