Gündəm / İqtisadiyyat / Dünya

Rusiya neftinin dənizlə daşınmasına qadağa qoyulacaq

Rusiya neftinin dənizlə daşınmasına qadağa qoyulacaq
ABŞ və müttəfiqləri dekabrın 5-dən etibarən Rusiya neftinin dəniz yolu ilə daşınmasına qadağa qoyacaq.

"Kanal14.az" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib.

Bundan əlavə, 2023-cü il fevralın 5-dən Qərb neft emalı məhsullarına da oxşar qadağa tətbiq etmək niyyətindədir:
"Yeddilik Qrupu və Aİ-nin üzvləri də daxil olmaqla, ölkələrin koalisiyasının bir hissəsi olaraq, Birləşmiş Ştatlar Rusiyada hasil edilən xam neftin daşınması ilə bağlı geniş xidmətlərə aid siyasət həyata keçirməyə başlayacaq".