"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatdan bildirilib.


"Nazirlər Mirzoyan və Lavrov Rusiya Federasiyası prezidentinin Ermənistana planlaşdırılan dövlət səfərinin təşkili prosesini və KTMT Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçiriləcək sessiyasını müzakirə ediblər", - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin gündəmində Ermənistana səfərin olmadığını açıqlamışdı.