Gündəm / İqtisadiyyat / Cəmiyyət / Dünya / Sosial

Eks prezident "taxıl dəhlizi" ilə bağlı paylaşım etdi

Eks prezident

Türkiyənin 11-ci prezidenti Abdulla Gül  Türkiyənin liderliyi ilə İstanbulda bağlanan Taxıl Dəhlizi Müqaviləsinə şərh bildirib. 

"Kanal14.az" xəbər verir ki, Gül sosial mediada paylaşım edərək, "Dünyanın ən aktual problemlərindən biri olan "aclıq və ərzaq təhlükəsizliyi ilə mübarizəyə" töhfə verəcək taxıl müqaviləsinin Türkiyədə reallaşması bəşəriyyətə böyük xidmət olduğunu bildirib.

"Əməyi keçən hər kəsi təbrik edirəm". 

Qeyd edək ki, Türkiyənin təşəbbüsü ilə danışıqlara başlayan və Ukrayna taxılının təhlükəsiz yollarla dünya ölkələrinə çatdırılmasını hədəfləyən "Təhlükəsiz Taxıl Dəhlizi”nin razılaşma mətni dünən prezident Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin iştirakı ilə keçirilib. .Razılaşmanın həyata keçirilməsindən sonra AB, ABŞ, Böyük Britaniya, İtaliya, İsveç, Latviya, Ukrayna, Albaniya və BƏƏ kimi ölkələr Türkiyə və Prezident Ərdoğanın səylərinə görə təşəkkür mesajı yayıblar.