Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Təhsil

Rəsilə Əliyeva şagirdə "əxlaqsız" deyib?...

Rəsilə Əliyeva şagirdə

Kanal14.az: - Rəsilə Əliyevanın 14 yaşlı uşağı "əxlaqsız” adlandırması şəxsi həyata müdaxilədir.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, "Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Lənkəran şəhər icra başçısının müavini Rəsilə Əliyevanın 9-cu sinif şagirdi Aliyə Camalovanı barədə mediaya açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, R.Əliyeva mətbuata açıqlamasında həm istintaq sirrini yayıb, həm qız uşağını təhqir edib, həm də dövlət qulluqçusunun davranış qaydalarını pozub:

"Burada təhqir elementləri olduğu üçün cinayət tərkibi var. Onun əməlinə kompleks cinayət mühakimə qaydasında qiymət verilsə, o, vəzifəsindən azad edilə və cinayət məsuliyyətinə cəlb edilə bilər”.