Gündəm / Cəmiyyət / Hadisə / Sosial

İcra başçısının müavininin döydüyü məktəbli qız XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - "Vəziyyəti ağırdır..."

İcra başçısının müavininin döydüyü məktəbli qız XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ -

Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalova rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bu barədə Bizim.Media-ya məktəblinin anası Ləman Camalova məlumat verib.

Onun sözlərinə görə qızın vəziyyəti bu gün səhər saatlarından etibarən ağırlaşıb:

"Başında kəskin ağrıları var, durmadan qaytarır. Xəstəxanaya gətirdik. Kompüter tomoqrafiyasına (KT) salınacaq. Qızımın döyülmə faktını təsdiq edən ekspertiza rəyi isə gizlədilir və bizə verilmir. Qızın vəziyyəti çox ağırdır”, - deyə ana əlavə edib.

Xatırladaq ki, Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovanın anası Ləman camalovanın iddisına görə qızı rayon icra başçısının müavini Rasilə Əliyeva tərəfindən vəhşicəsinə döyülüb və ağır travmalar alıb.