Gündəm / Cəmiyyət

Azərbaycanda mobil cihazların qeydiyyatı üçün YENİ RÜSUMLAR müəyyən edildi

Şəxsi istehlak üçün Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumu artırılıb.

Nazirlər Kabineti tərəfindən "Mobilcihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilib.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki,  Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək.

İndiyə qədər isə bazar qiymətindən asılı olmayaraq bütün mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilirdi.