Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Daha bir Qarabağ qazisi canına qıyacağını bəyan etdi... - "80 AZN-lə dolanmaq olar?"

Daha bir Qarabağ qazisi canına qıyacağını bəyan etdi... -

Corat qəsəbəsi, ev 419 D-də yaşayan Əzizov Kamil Bafadar oğlu tərəfindən "Hürriyyət”in elektron poçtuna şikayət məktubu daxil olub.

Peşəkar idmançı, İkinci Qarabağ savaşının veteranı, Cəbrayıl və Zəngilanın azadlığı uğrunda medallarla və fəxri fərmanla təltif olunan Kamil Əzizov işsizlikdən şikayətçidir.

"Müharibədən sonrakı 2 il ərzində dövlət qurumları və yerli icra orqanları bir dəfə də olsun qapımı döyməyib. İşlə təmin olunmam üçün müvafiq qurumlara rəsmi şəkildə 150-dən çox məktub ünvanlamışam. Sumqayıt şəhər İcar Hakimiyyəti başçısının, Sumqayıtdan olan deputat Hicran xanımın, eləcə də viste-spiker, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin qəbulunda olmuşam. Söz versələr də, heç bir nəticəsi olmadı.

32 yaşım var, subayam. 10 ildən artıqdır ki, işə düzələ bilmirəm. Hər yerə də müraciət etmişəm. Ali təhsilim var, peşəkar idmançıyam, rus və ingilis dillərində sərbəst danışıram.

Artıq bunların bəhanələrindən, təhqirlərindən təngə gəlmişəm. İntihar etməyə məcburam. Hamıdan xəbərsiz özümə qəsd edə bilərəm, amma öncə səsimin eşidilməsini istəyirəm. Biz torpaqlarımızı azad edərkən pis iş görmüşük, məgər?! Başqa nə etməliyəm ki, mənə iş versinlər?! 80 AZN-lə dolanmaq olar? Borc-xərc içində sıxılıram. Ev istəmirəm, maşın istəmirəm, torpaq zəbt etməmişəm, mən dövlətdən halalca işlə təmin olunmağımı istəyirəm”.

Daha bir Qarabağ qazisi canına qıyacağını bəyan etdi... -

Daha bir Qarabağ qazisi canına qıyacağını bəyan etdi... -

Daha bir Qarabağ qazisi canına qıyacağını bəyan etdi... -

Daha bir Qarabağ qazisi canına qıyacağını bəyan etdi... -