Gündəm / Siyasət / Dünya

Rusiya quru sərhədlərini açır

Rusiya quru sərhədlərini açır

Rusiya Federasiyası iyulun 15-dən etibarən quru sərhədlərini açacaq və COVID-19-un yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ləğv ediləcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

İyulun 14-dən etibarən isə xarici ölkə vətəndaşlarının Rusiya ərazisinə hava və dəniz keçid məntəqələri vasitəsilə girişinə qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılacaq.