Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Əhalinin məişət xərcləri nə qədərədir? - Milyonlarla pul bu xidmətlətə xərclənir


Əhalinin məişət xərcləri nə qədərədir? - Milyonlarla pul bu xidmətlətə xərclənir
Azərbaycan əhalisi ötən il istifadə etdiyi məişət xidmətlərinə görə bir ildə adambaşına təxminən 82 manat pul xərcləyib.

Əhalinin ümumilikdə məişət xidmətlərinə xərclədiyi ümumi vəsait 820 milyon manat olub.

Məişət xidmətlərinin çeşidi çoxdur. İnsanlar bu xidmətlər arasında ən çox pulu vətəndaşlara mənsub olan nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmətə yönəldib. Avtomobil sahibləri bir ildə təmirə 378 milyon manat xərcləyib.

Məişətdə olan maşın və cihazların təmiri, onlara texniki xidmət, metal məmulatların təmiri də çox pul aparır. İl ərzində insanlar bu xidmətlərə 66,22 milyon manat xərlcləyib.

Təxminən bu qədər vəsait bərbərxana xidmətlərinə ayrılıb. İl ərzində bərbərxanalara çəkilən xərc 60,66 milyon manat olub.

2021-ci ildə mənzillərin təmirinə 32,5 milyon manat pul xərclənib. Əvvəlki illərlə müqayisədə mənzillərin təmirinə çəkilən xərc azalıb. Əvvəlki illərdə mənzillərin təmirinə 40 milyon manat səviyyəsində pul xərclənirdi.

İnsanlar mərasim xidmətlərindən istifadəyə görə 21 milyon manat, paltarların tikişi və təmirinə 9,5 milyon manat, hamam xidmətinə 5 milyon manat, ayaqqabı təmirinə 4,85 milyon manat pul ayırıb.