Gündəm / Cəmiyyət

Xəzər dənizi ilə bağlı HƏYƏCAN TƏBİLİ: belə gedərsə... - VİDEO

 

Xəzərin suyu günü-gündən azalır. Artıq bunu Xəzərin sahillərində açıq-aşkar görmək mümkündür. 

 

Dənizdə suyun səviyyəsinin azalması ciddi narahatlıq doğurur. Daha öncədən suyun altında qalan daş və qayalar artıq suyun üzündə görünməyə başlayıb. Bu da Xəzərin bir neçə metr geri çəkildiyini deməyə əsas verir. 

 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, əsas səbəblərindən biri Volqa çayından gələn suyun miqdarının azalmasıdır. 

 

Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi sahələrin fəaliyyətinə mənfi təsir edə bilər. 

 

Xatırladaq ki, Xəzər dənizinin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb.