Gündəm

Respublikanın çaylarında mövcud vəziyyət

Respublikanın çaylarında mövcud vəziyyət
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən DogruXeber.az-a verilən məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 130 fazini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla normanın 140 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla normanın 40-90 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Dekabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 78 fazini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 175 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir.
Dekabrın 13-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 30 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 40 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 84,5 m3/s təşkil etməklə ongünlük normanın 112 faizini təşkil edir.
Dekabrın 13-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 115 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 104 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 135 m3/s təşkil etməklə ongünlük normanın 122 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 363 sm təşkil etmişdir. Bu rəqəm 2018-ci il dekabrın 13-də isə 445 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 151 sm qeydə alınıb. 2018-ci il dekabrın 13-də isə bu rəqəm 331 sm təşkil edib. Salyanda suyun səviyyəsi 5 sm artaraq 138 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 297 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 165 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il dekabrın 13-də isə 253 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 sm artaraq 39 sm təşkil edib, lakin 2018-ci il dekabrın 13-də 135 sm qeydə alınıb.