"Kanal14.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yalnız son 2 ildə dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılıb:

"Azərbaycan heç bir xarici yardım olmadan, yalnız daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan ərazilərimizi qurur və bərpa edir. 2 il ərzində işğaldan azad olunan ərazilərimizin bərpasına büdcədən 5 milyard manata yaxın vəsaitin ayrılması bir daha Azərbaycanın gücünü göstərir. Sürətli bərpa və yenidənqurma, ərazilərimizin minalardan təmizlənməsi bir daha təsdiq edir ki, məcburi köçkülərimiz daha qısa müddətdə öz ata-baba yurdlarına qayıdacaqlar".