Ukrayna Silahlı Qüvvələri bir sıra istiqamətlərdə əks-hücum əməliyyatı keçirib.

"Kanal14.az" xəbər verir ki, Ukrayna mətbuatında qeyd olunan məlumata görə, əks-hücum Rusiya ordusunun Xarkovdan 25 kilometr geriyə çəkilməsinə imkan verib.

"Onlar Donbasa doğru irəliləmək üçün Xarkovu ələ keçirməyə və onu saxlamağa ümid edirdilər, lakin daha da geri çəkilməyə məcbur oldular", - ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi deyib.