Rusiyada dövlət vergiləri artırıla bilər.

"Kanal14.az" xəbər verir ki, vergilərin artırılması təklifi ilə Rusiya Dövlət Dumasının Büdcə və Vergilər Komitəsi sədrinin birinci müavini Mixail Şçapov çıxış edib. 

O, qeyd edib ki, 10 milyon rubldan çox qazanan ruslar üçün gəlir vergisi dərəcəsi ən azı 25 faiz olmalıdır: "Ölkəmizdə varlılar və kasıblar arasında böyük gəlir fərqi var. Zənginlərin bəzən öz istedadları ilə deyil, ictimai sovet əmlakının bölünməsi və ya Rusiya dövlətinin üstünlükləri ilə təmin edilən nümayişkaranə şəkildə həddindən artıq istehlakı yoxsullar arasında böyük qıcıq yaradır". 

Şçapov dəbdəbəli malların idxalına rüsumların artırılmasını, saray və malikanələrə daha yüksək verginin qoyulmasını da mümkün hesab edir.

Varlı ruslardan vergi yığımı 2022-ci ilin birinci rübündə 2,9 dəfə, yəni təxminən 200 faiz artıb.