Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.

"Kanal14.az"ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib ki,

bayram  namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

"Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.(apa)