Bakıda attestatsız şəxsin direktor müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparılır.

Bu barədə "Kanal14.az"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib:

"2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Həmin məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub".