Gündəm / Hadisə / Sosial / Təhsil

Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

Kanal14.az: -  Bakıda 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, həmin məktəbin 12 müəllimi və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bildirilib ki, COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".