Gündəm / Dünya

Gürcüstanda daha 2 nəfər COVID-19-dan öldü

Gürcüstanda daha 2 nəfər COVID-19-dan öldü

 

Gürcüstanda ötən sutkada koronavirusa 87 yeni yoluxma halı təsdiqlənib.

Kanal14.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 259 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 654 163 nəfər yoluxub. Onların 1 635 550-si sağalıb, 16 797-si isə ölüb.