Gündəm / Dünya

Gürcüstanda son sutkada koronavirusdan 25 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 25 nəfər ölüb
Kanal14.az: -  Gürcüstanda son sutkada koronavirusa 2 712 yeni yoluxma faktı təsdiqlənib, 25 nəfər vəfat edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 416 338-ə, ölənlərin sayı 5 793-ə yüksəlib.

Ötən 24 saat ərzində 1 561, ümumilikdə isə 381 246 nəfər müalicə olunaraq sağalıb.