Azərbaycanlı məşhur xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.

Bu barədə "Kanal14.az"a xanəndənin yaxınları məlumat verib.

Bildirilib ki, o, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Hacıyev 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub. O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Xanəndə eyni zamanda dillər əzbəri olan "Neyçün bəs” mahnısının müəllifir.