Gündəm / Dünya

Putinin qızlarına sanksiya tətbiq ediləcək

Putinin qızlarına sanksiya tətbiq ediləcək

 

ABŞ-ın nüfuzlu qəzetlərindən olan "Wall Street Journal" Rusiya ilə Ukrayna arasında 42 gündür davam edən müharibə ilə bağlı diqqətçəkən iddia ilə çıxış edib.

Kanal14.az xəbər verir ki, qəzet ABŞ administrasiyasının Putinin öz qızları Mariya Vorontsova  və Katerina Tixonovaya sanksiya tətbiq etməyə hazırlaşdığını yazıb. Bildirilib ki, ABŞ Avropa İttifaqının təklifi ilə bunu öz gündəliyinə salıb.

Qəzetdəki xəbərdə ABŞ prezidenti Co Bayden administrasiyasının bu sanksiya qərarını bu həftə açıqlayacağı da qeyd olunub.

İctimaiyyətdən uzaq bir həyat yaşayan Putin ailəsini diqqətdə saxlamaması ilə tanınır. Tixonova iş qadını kimi tanınsa da, Vorontsovanın həkim olmasından başqa heç bir məlumat yoxdur. Qızların Putinin uzun illər evli olduğu və 2013-cü ildə boşanmaq qərarına gəldiyi Lüdmila Putinanın övladları olduğu məlum olub.