"Rusiya işğalçıları Vladimir Putinin göstərişi ilə Ukraynanın dinc şəhərlərini bombalayarkən, "diktator"un özü bunkerdə, onun məşuqəsi, gimnast Alina Kabayeva isə dörd uşağı ilə İsveçrədə gizlənir". 

"Kanal14.az" xəbər verir ki, bu barədə Britaniya nəşri "Page Six” məlumat yayıb.

"Putin Ukraynaya hücum edərkən, mülki şəxslərə qaçqın böhranı yaratsa da, onun ailəsi İsveçrədə hardasa, çox tənha və çox təhlükəsiz dağ evində gizlənir", - nəşr yazıb. 

"Page Six”ın məlumatına görə gimnast Kabayeva dörd uşaqla neytral ölkədə gizlənir.

"Putin Kabayeva ilə münasibətləri reklam etməyib, lakin onların münasibəti çoxdan məlumdur. Gimnast rus diktatoru üçün dörd uşaq dünyaya gətirib. Mənbələrin bildirdiyinə görə, onların 2015-ci ilin fevralında İsveçrənin Luqano şəhəri yaxınlığında doğulan 7 yaşlı əkiz qızları və iki oğlu var. Bütün uşaqların İsveçrə pasportu var. Yəqin ki, Kabayeva da İsveçrə vətəndaşıdır.Ukraynaya müdaxilə ilə bağlı ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Kabayevə təsir edib-etməyəcəyi məlum deyil. Onu da əlavə edək ki, Putinin Lyudmila Şkrebnevaya ilk nikahından 36 yaşlı Mariya və 35 yaşlı Katerina adlı iki yetkin qızı da var".

Bundan əlavə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko "Rada” telekanalına açıqlamasında bildirib ki, Kreml lideri Vladimir Putinin bu yaxınlarda  Uralda bunkerdəolması barədə məlumatlar var.