Belarusda Rusiya hərbi texnikasının böyük karvanı görüntülənib.

"Kanal14.az" Ukrayna KİV-ə istinadən xəbər verir ki, videogörüntülərdə texnikalar Minskdən Moskva istiqamətində hərəkət edir. 

Qeyd olunur ki, saat 7:00 radələrində Belarusun Borisov şəhəri ərazisində 100-dən çox Rusiya hərbi texnikasından ibarət kolon müşahidə edilib.

"Borisovun yaxınlığında "V" işarəsi olan 100 hərbi texnikadan ibarət böyük bir kolon Minskdən Smolenskə (Moskva) gedən M1 şossesi ilə hərəkət edirdi. Təchizatlara Ural və KAMAZ yük maşınları, UAZ Patriot, KUNG-lər, yanacaq daşıyan maşınlar və PAZ avtobusları daxildir", -  deyə  bildirilib.