"Putin Ukraynada hərbi planlarını həyata keçirə bilmədiyi üçün vəziyyətdən çıxış yolu tapmağa və hazırda işğal olunmuş əraziləri əlində saxlamağa çalışır".

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri hazırda Kiyevdə olan Vahid Milli Hərəkat Partiyasından olan gürcü müxalifət lideri Georgi Baramidze deyib.

"O, rus mal-qarasını nə iləsə "yedirməlidir" ki, desin ki, mən guya yaxşı adamam və işğal olunmuş əraziləri ilhaq etmişəm. Rus xalqının qondarma kütləsi də Putinin onlara atdığı hər şeyi "yeyir"",- deyə Baramidze bildirib.

Siyasətçinin sözlərinə görə, bu, Putin üçün "B planı” deyilən plandır, çünki "A planı” artıq iflasa uğrayıb. 

"Bəs ona nə qalıb? Lakin o, Ukraynadakı döyüş meydanında daha güclü məğlubiyyətə uğrayanda, bəlkə də, başqa variantlar ona kömək etməyəcək", - gürcü müxalifətçi hesab edir.

Qeyd edək ki, bir gün əvvəl Gürcüstan prezidenti Ukraynaya qarşı genişmiqyaslı təcavüzə görə Rusiya Federasiyasına qarşı tətbiq edilən bütün beynəlxalq sanksiyalara Gürcüstanın da qoşulduğunu bildirib.