Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Foto / Video

Ekologiya Nazirliyi ağaclara "türbə" tikir - FOTO // VİDEO

Ekologiya Nazirliyi ağaclara

Kanal14.az: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətsizliyi, daha doğrusu şəxsi maraqları naminə fəaliyyəti barəsində yerli mediada və sosial şəbəkələrdə nə qədər tənqidi materiallar dərc edilib, fikirlər bildirilsə də, sözügedən qurum bu tənqidlərdən və ekoloji ziyanları təsdiq edən faktlardan zərrə qədər narahat olmur.

Ölkə ərazisində meşələrin məhv edilməsi, iş adamlarının biznes məqsədli tikintilərinə mane olan yaşıllıq ağaclarının göz görə-gorə kəsilməsi və sair, bütün bunlar barəsində hər gün sosial medialarda məlumatlar dərc edilir. Bundan əlavə şəxsən "DogruXeber.az" olaraq, gördüyümüz faktlar barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) elektron ünvanına rəsmi müraciətlər göndərib, həmçinin mətbuat xidmətinə də telefon açıb, məlumatlar vermişik.

Nə xeyri...

Deyir: - "Sən saydığını say, gör ETSN nə sayır".

Yuxarıda da qeyd etdiyimiz kimi meşələrin məhvindən əlavə, şəhərin küçələrində yaşıllıq ağacları da şəxsi maraqlar naminə kəsilir. Kəsilməyən ağaclar da iaşə obyektlərinin içərisində, tikintinin arasında (aqrar xidmətlər nəzərə alınmadan) dekor kimi istifadə edilir. Buna misal olaraq, yəqin Yasamal rayonunda, Tiblisi prospektində, "İST petrol"un yanındakı restoranı xatırlamış olarsınız. Hansı ki, biz bu barədə dəfələrlə məlumatlar dərc edib, ETSN-nə sorğular, müraciətlər göndərmişdik. Lakin, bütün cəhdlərimiz faydasız qaldı. Bu da onun göstəricisidir ki, qurum məsələdən xəbərdardır və hansısa maraqları naminə özü həmin obyektləri himayə edir.



Yeri gəlmişkən, qeyd edək ki, Qaradağ rayon Müşfiqabad qəsəbəsində də eyni proseslər təkrarlanır.

Ekologiya Nazirliyi ağaclara

Ekologiya Nazirliyi ağaclara


Fotolarda da gördüyünüz kimi burada da çoxillik yaşıllıq ağacları tikintisi başa çatmaqda olan iaşə obyektinin içərisində dekor olaraq, istifadə olunur.

Sizcə aidiyyatı qurumun - ETSN-nin bundan xəbəri yoxdur?

Xəbəri olunca, verdiyi reaksiyanı Tiblisi prospektində illərdir fəaliyyət göstərən restoran barəsindəki məlumatlar yayımlanan zamanlarda gördük.

Səssizlik...

Yaşıllıq ağaclarının inkişafına əngəl olan bu kimi iaşə obyektləri sadəcə bunlarla da bitmir. Bakı şəhər, Nizami rayonu, Qara Qarayev prospekti boyunca, həmçinin Xətai rayonunda, "Əhmədli" metrostansiyasının ətrafında da eyni faktları hər kəsin gözləri önündədir. Şəhərin mərkəzində bu kimi faktların olması, nə "ağacların yiyəsinin razılığını satın alan" obyekt sahiblərinin, nə də aidiyyatı qurum - ETSN-nin heç nədən çəkinmədiyini, "belə də olmalıdır" kimi davranmalarını göstərir.

Muxtar Babayev və səlahiyyətli əməkdaşlarının ölkə təbiətini özəl mülkləri kimi istifadə etmələri hər addımda açıq şəkildə özünü göstərir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO