ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 4,74% azalaraq 1 barelə görə 106,16 dollar təşkil edib.

"Kanal14.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 5,81% azalaraq 101,56 dollar təşkil edib.