Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin heyətində bu ölkəyə qarşı döyüşən erməni hərbçini məhv edib.

"Kanal14.az" Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, 29 yaşlı desant Arman Kazaryandır.

Kazaryan Ukraynaya Rusiyanın Buryatiya Respublikasından gətirilibmiş. O, Buryatiya Respublikasının Sosnovıy Bor şəhərindəki 11-ci hava desant batalyonunda xidmət edib.