Ukrayna Təhlükəsizlik Xidməti əsir düşən Rusiyanın taqım komandirinin birbaşa çıxışını dərc edib.

"Kanal14.az" xəbər verir ki, taqım komandirinin ifadəsinə görə, Xarkovu ələ keçirmək üçün onlara üç gün vaxt verilmişdi. 

"Şəhəri tutmaq, bütün əsas yolları tutmaq, mülki əhalinin çıxışlarını bağlamaq və Xarkovu işğal etmək əmri var idi. Onların mülki əhaliyə və bütün şəhər sakinlərinə atəş açmağa da icazəsi var idi", - əsir bildirib.