Gündəm / Cəmiyyət

Ölkəmizin inkişafında Azərbaycan qadının rolu mühüm əhəmiyyətə malikdir

Ölkəmizin inkişafında Azərbaycan qadının rolu mühüm əhəmiyyətə malikdir-İlkin Əliyev

Ölkəmizin inkişafında Azərbaycan qadının rolu mühüm əhəmiyyətə malikdir.

Bu gün Azərbaycan qadını cəmiyyətimizdə mühüm rola malikdir. Zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sahələrdə fəaliyyətini uğurla davam etdirir. Onların ictimai – siyasi, elmi, mədəni, sosial – iqtisadi və digər sahələrdə qazandıqları uğurlar, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsiletmə bütövlükdə ölkəmizin inkişafına mühüm töhfələr verir. Dövlətimizin qadınlarla bağlı həyata keçirdiyi siyasət onların bərabər hüquqlarını və bərabər imkanlarını təmin edir. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinici müavini, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın simasında bütün dünya Azərbaycan qadınını dərin biliyə, yüksək intellektə, peşəkar təşkilatçılıq qabiliyyətinə, bəşəriyyətin bu günü və gələcəyi ilə bağlı yüksək məsuliyyət hissinə, ali ideallara malik obrazda tanıyır, şəxsiyyətinə dərin rəğbət bəsləyir. Mehriban xanımın səmərəli və çoxşaxəli fəaliyyəti, respublikamızın inkişafı, ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Prezident cənab İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində rolu müasir Azərbaycanın quruculuğunda mühüm əhəmiyyət kəsb edir. Azərbaycan qadınının qazandığı nailiyyətlər bu gün qadın fəallığı ənənələrini yaşadır, məsuliyyəti artırır, gələcək nəsillər üçün davamlı inkişafa yol açır.

İlkin Əliyev Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının sədri