İran prezidenti ukraynalıların ABŞ-ın şər siyasətinin qurbanı olduqlarını bildirib.

"Kanal14.az" xəbər verir ki, bu barədə İRNA məlumat dərc edib. 

Əfqanıstan, Yəmən və İraq xalqları kimi ukraynalıları ABŞ-ın şər siyasətinin qurbanı kimi xarakterizə edən İbrahim Rəisi İranın müharibəyə qarşı olduğunu vurğulayıb: "Müharibə hər gün daha tez başa çatdıqda, bu, xalqlara fayda verir və insanların təhlükələrini, zərərlərini və problemlərini azaldır".