Martın 2-dən 3-nə keçən gecə Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində çoxmərtəbəli binaya və bir yaşayış evinə aviazərbə endirilib.

"Kanal14.az" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İzyum şəhərinin merinin müavini Vladimir Maçokin açıqlayıb.

Məlumata görə, zərbə nəticəsində evdə olan 8 nəfər həlak olub. Onlardan 2-si uşaqdır.