Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Kanal14.az"a verilən məlumata görə, fevralın 23-də saat 22 radələrində Ağcabədi şəhəri ərazisində Ağdam rayon sakini R.Əliyevin idarə etdiyi "Toyota” və Beyləqan rayon sakini B.Bəyalıyevin idarə etdiyi "VAZ-21011” markalı avtomobillər toqquşub, sonradan "VAZ-21011” markalı avtomobil səkidə dayanmış şəhər sakini Rauf Quliyevə dəyib. Nəticədə R.Quliyev hadisə yerində ölüb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.