Qazaxıstanda "An-2" təyyarəsi Aralsk şəhərindən on kilometr aralıda eniş edərkən yanıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Mülki Aviasiya Komitəsi məlumat verib. 

Bildirilib ki, təcili yardım reysi həyata keçirən təyyarədə 2 ekipaj üzvü və 1 sərnişin olub. Ölən və ya xəsarət alan yoxdur.

Faktla bağlı araşdırmalara başlanılıb.