Dünya

Türkiyədə restorana çevrilmiş təyyarə yandı

Türkiyədə restorana çevrilmiş təyyarə yandı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Türkiyənin Konya şəhərində istismar müddətini tamamladıqdan sonra restorana çevrilən bir təyyarə yanıb.

"Kanal14.az” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, güclü yanğını 2 saat ərzində söndürmək mümkün olub.

Hadisədən sonra restoran yararsız hala düşüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Airbus 330” tipli təyyarə 2016-cı ildə istismar müddətini başa vurub.