Bu gün, fevralın 21-də erməni müharibə iştirakçıları "Zvartnots" hava limanına gedən yolu bağlayıblar. 

"Kanal14.az" xəbər verir ki, onlar Azərbaycan nümayəndə heyətinin üzvlərinin İrəvana gəlməsinin əleyhinədirlər.

"Biz türkü bura buraxmayacağıq. Uşaqların meyitini topladıq ata-anasına verək, bu gün türklərə "xoş gəldin" deyirlər", - etirazçılar bildirib. 

Avronest Parlament Assambleyasının iclasları fevralın 21 və 22-də İrəvanda baş tutacaq. Qeyd edək ki, tədbirlərdə Azərbaycan nümayəndə heyətinin üzvləri kimi Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcək. 

Ağarza Elçinoğlu