Gündəm / Dünya

Türkiyənin yeraltı qaz anbarlarının tutumu 10 milyard kubmetrə çatdırılacaq

Türkiyənin yeraltı qaz anbarlarının tutumu 10 milyard kubmetrə çatdırılacaq

 

Türkiyədə 2023-cü ildə mövcud olan iki yeraltı qaz anbarının tutumu 10 milyard kubmetrə çatdırılacaq.

"Report” AA-ya istinadən xəbər verir ki, bunu enerji və təbii sərvətlər naziri Fateh Dönməz BOTAŞ-a aid olan İstanbul yaxınlığındakı Silivri Yeraltı Qaz Anbarı ilə tanışlıq zamanı bildirib.

Türkiyənin bu qəbildən ilk müəssisəsi olan Silivri anbarının tutumunu artırmaq istiqamətdə atılan addımlarla bağlı məlumat alan nazir yaxınlıqda dəniz qaz kəşfiyyatı platformasına da baş çəkib.

Təqribən, iki il əvvəl yeraltı qaz anbarının tutumunu artırmaq üçün çalışmaların başladığını qeyd edən nazir həmin rəqəmi 2,8 milyard kubmetrdən 4,6 milyard kubmetrə çatdıracaqlarını deyib: "Duz Gölü Yeraltı Qaz Anbarımızda çalışmalarımız davam edir. Hazırda oranın tutumu 1,2 milyard kubmetrdir və 2023-cü ildə 5,4 milyard kubmetrə çatdırılacaq. Bununla da hər iki yeraltı anbarın məcmu tutumu 10 milyard kubmetrə yaxın olacaq, ölkədə istehlak etdiyimiz qazın, təqribən, 20 faizini bu anbarlara vuracağıq”.

O, yeraldı qaz anbarlarının strateji əhəmiyyət daşıdığını, qış fəslində qaza yüksələn tələbatı ödəməyə imkan yarandığını diqqətə çatdırıb.