Bursanın Gümüştəpə Mahallesi yaxınlığında təyyarənin qəzaya uğradığı iddia edilib.

"Kanal14.az" Türk mediasına istinadən xəbər verir ki, mərkəzi Nilüfer rayonunda bir şəxs yerli vaxtla 14.50 radələrində Gümüştəpə Mahallesi ətrafında bir təyyarənin qəzaya uğradığını bildirib.  Xəbərdarlıq üzərinə bölgəyə polis, yanğınsöndürmə briqadası, sağlamlıq və axtarış-xilasetmə qrupları sövq edilib.

Gümüştəpə-Misi bölgəsində qrupların apardığı araşdırmada xəbəri təsdiqləyən hər hansı bir qəzaya rast gəlinməyib. 

Digər tərəfdən, Yunuseli hava limanından havaya qalxan və geri dönməyən təyyarənin olmadığı bildirilib.