Kürdəmirdə dəmir yolundan keçmək istəyən piyadanı qatar vurub.

"Kanal14.az" ”Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 44 yaşlı Azər Afin oğlu Babaşov dəmir yolundan keçmək istəyərkən onu qatar vurub.

Ağır xəsarət alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağır olduğundan həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.